Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun tanınmış əməkdaşı, professor Ələddin Şamilov dünyasını dəyişib.
Oxu24.com xəbər verir ki, bu barədə İnstitutun direktoru Misir Mərdanov məlumat verib.
“Bu səhər İnstitutumuzun əməkdaşı, uzun illər Bakı Dövlət Universitetində birlikdə çalışdığım, eyni binada qonşu olduğum, bir müddət fəaliyyətini Türkiyədə davam etdirən fizika-riyaziyyat elmləri doktoru, professor Ələddin Şamilov qəfil dünyasını dəyişib. Ələddin müəllimi çox yaxşı tanıyırdım, o, görkəmli riyaziyyatçı alim professor Qoşqar Əhmədovun sevimli tələbələrindən biri idi. Allah rəhmət eləsin, məkanı cənnət olsun”, - deyə Mərdanov bildirib.
Allah rəhmət eləsin.
Oxu24.com
ŞƏRHLƏR