Ermənistanın keçmiş müdafiə naziri Vigen Sarkisyanın ABŞ-də olan şəxsi evi, Abovyan küçəsindəki mənzili və Şimal prospektindəki 4 mülkünə həbs qoyulub.
Oxu24.com xəbər verir ki, bu barədə Ermənistanın Baş Prokurorluğu məlumat yayıb.
"Prokuror cinayət işini məhkəməyə göndərib", - deyə prokurorluq erməni KİV-ə açıqlayıb.
Korrupsiyaya qarşı mübarizə məhkəməsi 2024-cü il mayın 15-də Sarkisyana aid qanunsuz mənşəli əmlakın müsadirə edilməsi ilə bağlı iddianı qəbul edib.
Sabiq nazir hərbçilərə mənzillərin paylanması prosesində səlahiyyət həddini aşmaqda ittiham olunur. İlkin istintaq zamanı Sarkisyan barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib, barəsində axtarış elan edilib.
Oxu24.com
ŞƏRHLƏR