Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
126383
az

Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına hökm oxundu

16:1024 Dekabr, 2024
44
KRİMİNAL
  • A

Dələduzluqda ittiham olunan Əhmədova İlahə Yaşar qızının cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. 

Oxu24.com ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. 

Hökmə əsasən, əvvəl də onun barəsində olan cəza toplanılıb. Belə ki, təqsirləndirilən şəxs 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, İlahə Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq etmə) maddəsi ilə ittiham edilib.

O, yaşlı insanlara təqaüd düzəltmək adı ilə 400 min manata yaxın pulu dələduzluq yolu ilə ələ keçirib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Göldə 40 yaşlı kişinin meyiti tapıldı
Bakıda 41 min dollarlıq dələduzluq edənlər saxlanıldı
Zaqatala dağlarında faciə: ayı qazini parçaladı