Dəməşqdə hakimiyyətin Bəşər Əsəddən Suriya silahlı müxalifətinə keçməsindən sonra 25 mindən çox suriyalı qaçqın Türkiyədən Suriyaya qayıdıb.
Oxu24.com xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri Əli Erlikaya bildirib.
Son 15 gündə Suriyaya qayıdanların sayı 25 mini keçib.
Onun sözlərinə görə, Dəməşqdə və Suriyanın digər şəhərlərində Türkiyənin diplomatik nümayəndəliklərində miqrasiya şöbələri açılacaq, onlar qaçqınların daha sonra vətənlərinə qayıtmasına şərait yaradacaqlar.
Miri
Oxu24.com
ŞƏRHLƏR