Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
126345
az

Təkrar burun əməliyyatı necə həyata keçirilməlidir? - Lor Sənan Mehdiyevdən AÇIQLAMA

13:1724 Dekabr, 2024
1130
TİBB
  • A

Oxu24.com oxuculara burun əməliyyatı zamanı faydalı olacaq məlumatları təqdim edir:


Revizion Rinoplastika nədir ?  

Mövzu ilə bağlı Oxu24.com saytına danışan tanınmış  lor,plastik cərrah Sənan Mehdiyev  bildirib ki, revizion rinoplastika və ya təkrar  rinoplastika  öncədən  əməliyyat olunmuş  burunda yaranmış arzu olunmaz nəticələri aradan qaldırmaq ücün aparılan əməliyyata  deyilir. Revizion  rinoplastikanın  çətinliyi   birinci  dəfə  əməliyyat  olunmuş burunda yaranmış  arzu  olunmaz  nəticələrin  həcminden  aslıdır.

Revizion əməliyyatlarda  əksər hallarda əlavə qığırdağlara ehtiyyac  duyulur . Bu qığırdaqlar da adətən qabırğadan və ya qulaqdan alınır.  Bu  əməliyyatları  icra etmək ücün də iki metod var: qapalı və ya açıq. Əksər hallarda cərrahlar açıq üsula üstünlük verirlər. Amma biz bu əməliyyatları daha cox qapalı üsul  ilə bərpa etməyə calışırıq . Bunun səbəbi isə  qapalı üsulda burun anatomiyası çox dağılmadıqından  əlavə qığırdaqlara daha az ehtiyac duyulur.

Biz  qapalı üsulla əməliyyat edərkən xəstəni qabırğa və ya qulaq zədələnməsindən qorumuş oluruq . Bu zaman qabırğa və ya qulaqdan alınmış qığırdaqlar buruna yerləşdirildikdən sonra bir çox fəsadlar yarana bilər.  Məsələn qığırdaqların deformasiya  olub  əyilməsi və ya tamamilə sorulma riski böyükdür. Bu ağırlaşmalar həm ilk günlərdə , həm də bir neçə ay sonra yarana bilər. Bu riskləri nəzərə alaraq ,  daha uzun müddətli yaxşı nəticə əldə etmək üçün biz qapalı üsula üstünlük veririk. Bu da bizi əlavə qığırdaqlardan istifade etmək ehtiyacımızı azaldır.
Məsələn bu  fotolardakı  pasiyentlərə əksər klinikalarda qabırğa qığırdaqı ilə bərpa etməyi təklif etmişdilər . Amma biz qapalı üsulla bu burunları əlavə qığırdaq istifadə etmədən bərpa etdik. Buyurun nəticələri sizlərlə bölüşürük.

Mobil telefon: (+99450) 333 33 65 (whatsapp)

İnstaqram hesabıdr_sanan_mehdiyev

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Fil xəstəliyi nədir?
Camış ətinin bizə bu faydaları var imiş - Mütəxəssis rəyi
Təkrar burun əməliyyatı necə həyata keçirilməlidir? - Lor Sənan Mehdiyevdən AÇIQLAMA

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı