“Qarabağ” mövsümün ikinci yarısı üçün transfer çalışmalarını davam etdirir.
Oxu24.com xəbər verir ki, bir neçə gündür Ağdam klubunun “Sumqayıt”ın müdafiəçisi Elvin Bədəlovu heyətinə qatacağı ilə bağlı xəbərlər yayılıb.
Qurban Qurbanovun komandasının onunla artıq razılığa gəldiyi bildirilir.
Saytımıza açıqlama verən klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev isə xəbəri təkzib edib. O bildirib ki, Elvin Bədəlovla bağlı nə futbolçunun özü, nə də klubu ilə danışıq olub: “Skautlarımız həm ölkə daxilində, həm ölkə xaricində futbolçuları izləyir. Elvin Bədəlovla bağlı isə məsələ yoxdur. Nə klubu, nə də futbolçu ilə danışıq aparılıb”.
Oxu24.com
ŞƏRHLƏR