Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
126322
az

O tərbiyəsizliyə sponsorluq edən kimlərdir?- Foto

11:0924 Dekabr, 2024
47
KRİMİNAL
  • A

Xəbər verdiyimiz kimi, “TikTok”da müxtəlif adlar altında əyləncə yarışları təşkil etməklə əxlaqsızlığı təbliğ edən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıb.

Oxu24.com un məlumatına görə, burada ən çox müzakirə olunan məsələlərdən biri də belə bayağı yarışlara sponsorluq edən şirkətlərdir.

Düzdür, bunların çoxu xırda şirkətlərdir, amma aralarında kifayət qədər tanınan markalar da var. Buna misal olaraq, Bakıda fəaliyyət göstərən “İstanbul NS” klinikasını və “Halva” restoranlar şəbəkəsinin adını çəkmək olar. Tərbiyəsizliyə görə saxlanılan yarış iştirakçılarına avtomobil hədiyyə edən isə “Legend Motors”dur.

Görünür, bu adlar üçün sadəcə, özlərinin reklamları və bu reklamdan əldə ediləcək müştərilər maraqlıdır. Yoxsa, bilə-bilə niyə tərbiyəsizliyə sponsorluq etsinlər ki?

Onu da qeyd edək ki, istər televiziya məkanında, istərsə də, sosial şəbəkələrdə bayalığa sponsorluq edən şirkətlər kifayət qədərdir. Hansı ki, bu şirkətlər məqamı gələndə ciddi, ictimai yükü olan layihələrə sponsorluq etməkdən boyun qaçırırlar.

Qeyd edək ki, ötən gün DİN tərəfindən keçirilən əməliyyat nəticəsində “TikTok”da tərbiyəsizliyi təbliğ edən bu tip yarışların iştirakçıları və bu “layihə”lərdən birinin rəhbəri Azər Zahid saxlanılıb. Hazırda bu istiqamətdə araşdırmalar davam etdirilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mingəçevirdə maşının vurduğu 8-ci sinif şagirdi      xəstəxanada    ölüb
Quldurluq edən Fərhad Hacıyevə ağır   cəza    verildi
Azərbaycanlı iş adamı 20 milyon girov qoyub      azadlığa    çıxdı

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Sağlam doğuşla bağlı həkimlərə      bonuslar      veriləcək
Mingəçevirdə maşının vurduğu 8-ci sinif şagirdi      xəstəxanada    ölüb