Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
126292
az

Ayıq sürücü kimi məclisə aparılmışdı, qəzada öldü- Təfərrüat

19:0523 Dekabr, 2024
147
REDAKTORUN SEÇİMİ
  • A

Dekabrın 22-nə keçən gecə İsmayıllıda 2 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzasının təfərrüatları məlum olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, qəzada həyatını itirən 2000-ci il təvəllüdlü Rəşidov Səfər Etibar oğlu və həmyaşıdı 2000-ci il təvəllüdlü Şükürlü Şükür Araz oğlu Oğuzun Qumlaq kənd sakini olublar.

Hadisə vaxtı onların həmkəndliləri olan 1997-ci il təvəllüdlü Rəhimli Orxan Mehman oğlu və 1998-ci il təvəllüdlü İsmayıllı sakini Allahverdiyev Tural Eldar oğlu xəsarətlər alıblar.

Bildirilir ki, qəzaya düşən şəxslərdən sürücü Orxanla İsmayıllı rayon sakini Tural tələbə vaxtı eyni yerdə təhsil alıblar. Qumlaq kəndində yaşayan dostlar Turalın dəvəti ilə İsmayıllıya yola düşüblər. Bu zaman Orxan içki qəbul edəcəyini bildirib və spirtli içki qəbul etməyən həmkəndlisi Şükürün də ayıq sürücü kimi onları müşayət etməsini, qayıdarkən avtomobili idarə etməsini xahiş edib.

İsmayıllıda yeyib-içdikdən sonra Orxan ayıq sürücüyə ehtiyac olmadığını, avtomobili özü idarə edəcəyini bildirib. Spirtli içkinin təsiri altında olan O.Rəhimlinin sürdüyü maşın İsmayıllı-Qəbələ yolunun Qurbanəfəndi kəndindən keçən hissəsində idarəetmədən çıxaraq aşıb.

Nəticədə ayıq sürücü kimi məclisə getmiş Şükür Şükürlü ilə avtomobildə olan Səfər Rəşidov aldıqları xəsarətlərdən vəfat edib. Sürücü Orxan Rəhimli ağır, İsmayıllı sakini Tural isə orta-ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sumqayıtda faciə: Ölən var
Səhiyyə Nazirliyində tutulan qadın kimdir? - YENİ DETALLAR
Bu sahədə çalışanların da maaşı artırılacaq

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Almaniyadakı azərbaycanlı həkimlər    bölgələrdə     işləyəcək
Feyziyevə 2 milyon “atan” şəxsin    bəraəti  ləğv   edildi