Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
126263
az

Pirotexniki vasitələr satan 11 nəfər saxlanıldı

15:4623 Dekabr, 2024
36
KRİMİNAL
  • A

Polis əməkdaşları tərəfindən Bakıda və bölgələrdə partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər həyata keçirilib.

DİN-in mətbuat xidmətindən  verilən məlumata görə, paytaxtın Suraxanı, Sabunçu, Xətai rayonlarında, həmçinin Saatlı, Samux, Şabran və Qəbələdə keçirilən tədbirlərlə yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki vasitələrin gizli şəkildə satışını təşkil edən 11 nəfər müəyyən olunaraq saxlanılıb. Onlara məxsus obyektlərə baxış keçirilərkən müxtəlif təyinatlı pirotexniki vasitələr aşkarlanıb.

Faktlar üzrə həmin şəxslər barəsində toplanan materiallar hüquqi qiymət verilməsi üçün məhkəmələrə göndərilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Göldə 40 yaşlı kişinin meyiti tapıldı
Bakıda 41 min dollarlıq dələduzluq edənlər saxlanıldı
Zaqatala dağlarında faciə: ayı qazini parçaladı