Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
126257
az

Almaniyadakı azərbaycanlı həkimlər bölgələrdə işləyəcək

15:2223 Dekabr, 2024
99
TİBB
  • A

“200-ə yaxın həkim ölkə xaricindən qayıdaraq Azərbaycanda fəaliyyət göstərməyə başlayıb”.

Oxu24.com  xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, bir qrup həkimin ölkəyə gətirilməsi ilə bağlı pilot layihə həyata keçiriləcək:

“Xaricdə yaşayan həkimlərlə daim əlaqə saxlayırıq. İlk dəfə açıqlayım ki, Almaniyada yaşayan bir qrup həkimin ölkəyə gətirilməsi ilə bağlı pilot layihə həyata keçirəcəyik. Həkimlərlə danışıqlar aparılıb, bizə kifayət qədər dəstək olurlar. Almaniyadan gələn həkimlərin gələn ildən regionlarda fəaliyyətə başlaması nəzərdə tutulur”.

V.Qurbanov əlavə edib ki, pilot layihə çərçivəsində həkimlər 5 rayonu əhatə edən bir bölgədə çalışacaqlar: “Həkimlərin sayı və hansı bölgədə çalışmaları ilə bağlı pilot layihə işə düşəndə dəqiq açıqlama veriləcək. Söhbət ilk növbədə cərrahi tibbi xidmətin qurulmasından gedir”.

TƏBİB sədri, həmçinin gələn ilin sonuna kimi bütün ölkə ərazisində xaricdə oxuyan həkimlərin işləyəcəyinə ümid etdiyini bildirib. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Meymunçiçəyinə yoluxan şəxsin     vəziyyəti   açıqlandı
Meymunçiçəyindən özümüzü necə qoruyaq? - QAYDASI +ƏLAMƏTLƏRİ