Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
126256
az

"Zurabişvilinin tələbində legitimlik yoxdur"- Nazir

15:1423 Dekabr, 2024
14
DÜNYA
  • A

"Gürcüstan prezidenti Salome Zurabişvilinin ölkədə yeni parlament seçkilərinin keçirilməsi tələbi heç bir legitimliyə malik deyil və əsası yoxdur". 

Oxu24.com xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili deyib. 

"Onun tələbinin heç bir qanuniliyi ola bilməz, buna heç bir əsas yoxdur. Lakin biz bilirik ki, Salome Zurabişvilinin Gürcüstanın maraqlarına zidd hərəkətlərinin də heç bir hüquqi və konstitusiya əsası yoxdur", - XİN rəhbəri açıqlayıb. 

Nazir əlavə edib ki, bunun üçün Zurabişviliyə Konstitusiya, qanun və ümumiyyətlə, hər hansı qaydalar lazım deyil: "O, tamamilə nəzarətsiz hərəkət edir və qanuna və ya Konstitusiyaya baxmır". 

Qeyd edək ki, dekabrın 22-də Zurabişvili Tbilisidə keçirilən etiraz mitinqində ölkə rəhbərliyini, o cümlədən “Gürcü Arzusu”nun qurucusu və fəxri sədri Bidzina İvanişvilini dekabrın 29-na kimi yeni parlament seçkilərinin tarixini razılaşdırmaq üçün görüşə dəvət edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Göyərtədə uçuşa mane olacaq heç bir qüsur aşkar edilməyib” - “Embraer”
“Minsk Qrupu ləğv edilməlidir” - Zaxarova
Həlak olanlardan biri bu universitetin tələbəsi imiş - Foto

  • TOP GÜN
  • TOP HƏFTƏ
  • TOP AY

18+