Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
126237
az

Qayınatasıgilin 50 gün öncə öldüyü evdə intihar edibmiş- Foto

13:3523 Dekabr, 2024
23
KRİMİNAL
  • A

Goranboyda baş vermiş intihar hadisəsinin təfərrüatı məlum olub.

Oxu24.com un əldə etdiyi məlumata görə, Gəncə şəhərində yaşayan Kəlbəcər sakini Asəf Xanmuradov Goranboyun Nizami kəndinə gedərək oradakı evin həyətində özünü asıb.

Araşdırmalar zamanı məlum olub ki, hadisənin baş verdiyi həyət Asəfin qayınatasına məxsus olub. Onun qayınatası Kamal Əkbərov və qayınanası Aidə Əkbərova 50 gün əvvəl burada dəm qazından boğularaq ölüblər.

Şənbə günü isə Asəf evdən işə getmək adı ilə çıxıb. Lakin işə getməyərək qayınatasıgilin evinə yola düşüb və oradan qohumlarının telefonuna lokasiya göndərib. Bundan sonra A.Xanmuradovdan xəbər almaq mümkün olmayıb. Qohumları və ailə üzvləri Goranboyun Nizami kəndindəki ünvana gedərək Asəfin həyətdəki çardaqdan asılı halda qalmış meyitini aşkar ediblər.

Bildirilir ki, 40 yaşlı Asəf Xanmuradovun bir qardaşı da illər öncə işlədiyi çoxmərtəbəli binadan yıxılaraq ölübmüş.

Araşdırmalar davam etdirilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı
Bank kartından      oğurluq      edildi
“Məşədi Dadaş”ın imamını öldürmək istəyənə- Ağır cəza

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı