Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
126232
az

Təcili tibbi yardıma 800 minə yaxın müraciət olub

13:1723 Dekabr, 2024
25
TİBB
  • A

Bu ilin 11 ayı ərzində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 1,6 milyondan çox çağırış qeydə alınıb.

Oxu24.com xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov deyib.

Onun sözlərinə görə, ən çox müraciət Bakı şəhəri üzrə olub, paytaxtda 11 ay ərzində 781 min 152 müraciət qeydə alınıb:

"Sumqayıt üzrə 132 min 711, Gəncə üzrə 93 min 536, Abşeron üzrə 34 min 46, Mingəçevir üzrə isə 38 min 357 çağırış qeydə alınıb. Bakı üzrə olan çağırışlar əsasında 742 min 152 nəfərə yerində yardım olunub, 75 min 21 nəfər isə müxtəlif profilli tibb müəssisəslərinə hospitalizasiya olunub, müraciətlərin 39 minini əsassız çağırışlar təşkil edib. Ümumiyyətlə, Bakı üzrə gündəlik olaraq müraciətlərin sayı təxminən 2 200 - 2 300 arasında dəyişir".

V.Qurbanov xatırladıb ki, hesab dövründə tibb müəssisələrinə 22,1 milyon müraciət qeydə alınıb, 76,8 milyon tibbi xidmət göstərilib:

"Örən illə müqayisədə bu il müraciət sayında 9%, göstərilən tibbi xidmət sayında isə 20%-lik artım qeydə alınıb".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Almaniyadakı azərbaycanlı həkimlər    bölgələrdə     işləyəcək
Təcili tibbi yardıma 800 minə yaxın    müraciət    olub
TƏBİB-in 131    əməkdaşı    cəzalandırılıb

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Almaniyadakı azərbaycanlı həkimlər    bölgələrdə     işləyəcək
Feyziyevə 2 milyon “atan” şəxsin    bəraəti  ləğv   edildi