Külli miqdarda dələduzluq və vəzifə səlahiyyətlərindən sui-istifadə etmə maddələri ilə ittiham olunan “Moon Kids” uşaq bağçasının direktoru Havvaxanım Rüstəmovanın ilkin məhkəmə iclası keçirilib.
Oxu24.com ın məlumatına görə, Bakı Ağır Cinayətlər məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Orxan Səmədov ittiham aktını elan edib. Məlum olub ki, Havvaxanım Rüstəmova 428 min 371 min manat məbləğində dələduzluq edib. İttiham aktı elan edildikdən sonra hakim təqsirləndirilən şəxsdən özünü təqsirli bilib-bilməməsini soruşub. Havvaxanım Rüstəmova özünü təqsirli bilməyib
Onun əməlindən 132 nəfər və Dövlət Sosial Müdafiə Fondu zərər çəkib. Dövlət Sosial Müdafiə Fonduna 37 min manat ziyan dəyib. Zərərçəkən şəxslərə dəymiş ziyanın 90 faizi ödənilib.
Məhkəmə prosesi yanvar ayının 27-nə təyin edilib.
Havvaxanım Rüstəmova xeyli sayda insandan işə düzəltmə və digər məsələlərlə bağlı müxtəlif məbləğlərdə pul alaraq dələduzluqda ittiham olunur. Həmçinin ona Baş Prokurorluğun Korrupsiyaya qarşı Baş Mubarizə İdarəsində Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə də cinayət işi başlanıb.
Onun direktoru olduğu “Moon Kids” Uşaq Bağçasının da fəaliyyəti dayandırılıb. Havvaxanım Rüstəmova 2023-cü ildə “İlin ən uğurlu iş xanımı” nominasiyasına layiq görülüb.
Oxu24.com
ŞƏRHLƏR