Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
126188
az

Professor izah etdi: Qəhvə içənlərin bədənlərində 8 dəfə çoxdur

09:5023 Dekabr, 2024
55
CƏMİYYƏT
  • A

İtaliyanın Trento Universitetinin aparıcılığında gerçəkləşdirilən genişmiqyaslı tədqiqat qəhvə istehlakının bağırsaq mikrobiomuna çox maraqlı təsirləri olduğunu ortaya qoyub.

OXU24.COM  xəbər verir ki, tədqiqatçılar dünyanın 25 ölkəsindən 54 mindən çox insanın tibbi məlumatlarını ətraflı araşdırıb və qəhvə içənlərlə içməyənlər arasında mikrobiom fərqlərini öyrəniblər.

Tədqiqatın nəticələrinə görə, qəhvə içənlərdə bağırsaq mikroblarının çox daha mühtəlif olduğu mùəyyən edilib. Xüsusilə, Lawsonibacter asaccharolyticus adlı bakteriyanın qəhvə istehlakı edən insanlarda içməyənlərlə mùqayisədə 4,5-8 dəfə çox olduğu aşkarlanıb.

Kofein məsələsi: Tədqiqatda, kofeinli və kofeinsiz qəhvə növləri üzərində aparılan təcrübələr hər iki növün bağırsaq mikrobiomuna oxşar təsir göstərdiyini ortaya qoyub. Bu, qəhvənin tərkibindəki bioaktiv maddələrin - xüsusilə quinik turşusu və triqonelin - əsas rol oynadığını göstərir.

Regional fərqlər: Araşdırma, bu fərqlərin Qərb ölkələrində daha çox nəzərə çarptığını, lakin kənd rəyonlarında, məsələn, Çin və Hindistanda daha az qeydə alındığını vurğulayır.

Sağlamlıq və immunitet: Professor Nikola Seqata bildirir ki, qəhvə istehlakı bağırsaq mikrobiomunun çeşidliliyini artırsa da, bunun sağlamlıq üzərində konkret təsirinin hələ tam olaraq başa düşülmədiyini vurğulayıb. Bu tapıntılar, mikrobiomun formalaşmasında qidalanmanın əhəmiyyətini vurğulayır və gələcəkdə fərdiləşdirilmiş qidalanma strategiyalarının hazırlanmasına təkan verə bilər.

Belə ki, bu araşdırma, bağırsaq mikrobiomunun ümumi sağlamlıq və immunitet sistemi üzərindəki rolunun daha yaxşı başa düşülməsi istiqamətində vacib bir addım kimi qiymətləndirilir. Mütəxəssislər balanslı qidalanmanın bağırsaq mikrobiomunun sağlamlığı üçün çox vacib olduğunu bir daha vurğulayır

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qışda kondisionerdən istifadənin zərərləri
Azərbaycanlı idmançı öldü - FOTO
Qəzada həlak olan 13 yaşlı Məhəmmədəlinin FOTOSU

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı