Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
126183
az

Gürcüstan Prezidenti hakimiyyətə 1 HƏFTƏ VAXT VERDİ

09:2023 Dekabr, 2024
18
SİYASƏT
  • A

Gürcüstan Prezidenti Salome Zurabişvili hakimiyyətə yeni parlament seçkilərinin təyin edilməsi üçün bir həftə vaxt verir.

OXU24.COM "Sputnik Georgia"ya istinadla xəbər verir ki, ölkə lideri bu barədə müxalifətin mitinqində çıxışı zamanı məlumat verib.

O, dekabrın 23-də vətəndaşlar üçün daha təfərrüatlı videomüraciət çəkəcəyini vəd edib və səhnədəki texniki problemlərə görə indi çıxış edə bilməyəcəyini bildirib.

“Onlar mənə söz verdilər ki, tezliklə dəmir barmaqlıqlar arxasına düşəcəm, amma biz qorxmuruq”, - Zurabişvili mikrofonu sönməzdən əvvəl bu sözləri deməyi bacarıb.

Prezident qeyd edib ki, onlar onun çıxışını pozmağa çalışırlar.

Dekabrın 22-də Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib ki, səlahiyyət müddəti dekabrın 29-da başa çatan Zurabişvili vəzifəsini tərk etməkdən imtina edərsə, onu həbs gözləyir.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Paşinyandan ETİRAF: "Danışıqların ancaq bir nəticəsi ola bilərdi..."
Ankara ilə Dəməşq arasında İLK ANLAŞMA: "Türkiyə mütləq mövqe tutacaq"
Putin Əsədlə görüşəcək

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı