Sağlamlığımıza pis təsir etməməsi üçün yeni ildə hazırladığımız salatların əslində neçə gün saxlanılmalı olduğu məlum olub.
OXU24.COM xəbər verir ki, bu barədə “Moskva 24” telekanalına dietoloq Yevgeni Arzamastsev məlumat verib.
Onun sözlərinə görə, çoxlu inqrediyentlərdən hazırlanan yemək tez xarab olur, ona görə də onu uzun müddət saxlamaq olmaz.
"Həmçinin salatlar mayonez, xama kimi souslarla hazırlanır. Buna görə saxlama ömrü daha da qısalır, çünki bu məhsullar mikroorqanizmlərin inkişafı üçün yaxşı mühit yaradır. Təbii ki, salatı soyuducuya qoya bilərsiniz. Ancaq bayram günü soyuducu açılır və bağlanır. Bu da saxlama ömrünü xeyli azaldır, çünki temperatur fərqi də əhəmiyyət kəsb edir”, - deyə dietoloq bildirib.
Mütəxəssis salatları yarım gün saxlamağı məsləhət görüb. Əks halda, hər saat və gün zəhərlənmə riskləri artır.
Oxu24.com
ŞƏRHLƏR