Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
126141
az

Əsədin həyat yoldaşı Rusiyada xərçəngdən müalicə alır

09:5021 Dekabr, 2024
64
CƏMİYYƏT
  • A

Suriyanın devrilmiş prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma Əsədin ölkələrində baş verən hadisələrdən bir neçə həftə əvvəl Moskvada xərçəng xəstəliyindən müalicəyə başladığı məlum olub.

OXU24.COM  xəbər verir ki, bu barədə “Financial Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Əsəd Rusiyaya qaçdıqdan sonra həyat yoldaşı ilə görüşüb. Məlumata görə, Əsmanın anası və atası da Moskvadadır.

Əsma ilə Əsədin Əbu-Dabidəki Sorbonna Universitetində təhsil alan qızı Zeinin də Moskvada olduğu bildirilir. Dekabrın əvvəlində isə Əsədin böyük oğlu Hafiz Moskva Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edibmiş.

Xatırladaq ki, 2018-ci ilin avqustunda Əsma Əsəddə süd vəzi xərçəngi aşkar edilsə də, 2019-cu ilin yanvarında baş tutan əməliyyatdan sonra onun sağaldığı bildirilib. Bu ilin may ayında 48 yaşlı Əsmada kəskin leykoz xəstəliyi aşkarlanıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hər gün yumurta yemək bu xəstəliyin dərmanıdır
Seçkilərin ilkin nəticələri açıqlandı - Video
Ombudsmandan seçkilərlə bağlı AÇIQLAMA

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Sağlam doğuşla bağlı həkimlərə      bonuslar      veriləcək
Mingəçevirdə maşının vurduğu 8-ci sinif şagirdi      xəstəxanada    ölüb