Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
126128
az

Polşa Macarıstandakı səfiri geri çağırdı: "Bunu qeyri-dostluq aktı hesab edirik"

21:5520 Dekabr, 2024
107
SİYASƏT
  • A

Polşa Xarici İşlər Nazirliyi Macarıstandakı səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib.

OXU24.COM xəbər verir ki, bu barədə Polşa XİN-in saytında məlumat yerləşdirilib.

Məlumata görə, eyni zamanda Macarıstanın Varşavadakı səfiri notanın təqdim edilməsi üçün nazirliyə çağırılıb.

"Biz Baş nazir Viktor Orban hökumətinin Avropa həbs orderinə əsasən axtarışda olan Marçin Romanovskiyə (ədliyyə nazirinin keçmiş müavini) siyasi sığınacaq vermək qərarını Polşa Respublikasına qarşı qeyri-dostluq aktı hesab edirik", - bəyanatda deyilir.

Polşa XİN bildirib ki, bu qərarın siyasi təqiblə əsaslandırılması Polşa vətəndaşları və hakimiyyətinə qarşı təhqirdir.

Qeyd olunub ki, əgər Macarıstan öhdəliklərini yerinə yetirməsə, Polşa Avropa İttifaqı haqqında Müqavilənin 259-cu maddəsinə uyğun olaraq Macarıstana qarşı iş başlanması üçün Avropa Komissiyasına müraciət edəcək.

Qeyd edək ki, hazırda müxalif "Hüquq və Ədalət" partiyasından olan deputat Romanovski Ədalət Fondunun vəsaitlərinin qanunsuz xərclənməsi ilə bağlı cinayət işində əsas şübhəli şəxslərdən biridir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Culani Suriyanın yeni prezidenti oldu
Makronun reytinqləri rekord səviyyəyə enir
İbrahim Kalın Suriya lideri Əhməd əl-Şaraa ilə görüşdü -FOTO/VİDEO

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Sağlam doğuşla bağlı həkimlərə      bonuslar      veriləcək
Mingəçevirdə maşının vurduğu 8-ci sinif şagirdi      xəstəxanada    ölüb