Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
126123
az

Metropolitenin yeni rəisi kimdir? -DOSYE

21:1020 Dekabr, 2024
71
  • A

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Zaur Mir Tofiq oğlu Hüseynovu “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edib və onun yerinə Vüsal Yusif oğlu Aslanovu təyin edib.

OXU24.COM  xəbər verir ki, Vüsal Aslanov 1981-ci ildə Sumqayıt şəhərində anadan olub. 2003-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2007-ci ildə Bakı Dövlət Universitetindən mülki və təsərrüfat hüququ ixtisası üzrə magistr dərəcəsi ilə məzun olub.

2004-cü ildən "Azərinşaatservis” MMC-də hüquq müşaviri, daha sonra Biznes İnkişafı Departamentinin direktoru vəzifəsində çalışıb.

2005-2006-cı illərdə hərbi xidmətdə olub. 2006-2013-cü illərdə "Azərinşaatservis” MMC-nin Korporativ əlaqələr və Hüquq Departamentinin direktoru, idarəetmə və hüquqi işlər üzrə direktor müavini vəzifələrində fəaliyyət göstərib.

V.Aslanov 2010-2014-cü illərdə "Azərinteltek” QSC-nin idarə heyətinin üzvü olub. 2013-2015-ci illərdə "Azərcon” ASC-nin direktoru vəzifəsində çalışıb. 2014-2015 illərdə əlavə iş yeri olaraq, "Retro-Park” MTK-nin sədri vəzifəsini daşıyıb. 09.10.2015-ci il tarixindən 20.07.2016-cı il tarixədək "Azərbaycan Dəmir Yolları” QSC-nin sədrinin müşaviri olub.

2016-cı ildə "Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini vəzifəsinə təyin edilib.

Evlidir, 3 övladı var.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yatmazdan əvvəl hiss edilən diabetin üç əlaməti
Ləzzətli kartof püresi necə hazırlanır? – resept
Qırx yaşdan sonra bu vitamini mütləq qəbul edin