Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
126114
az

Ukrayna yeni ildən Rusiya qazının tranzitini dayandıracaq

19:3720 Dekabr, 2024
35
DÜNYA
  • A

Ukraynanın baş naziri Denis Şmıqal Ali Radada çıxışı zamanı bildirib ki, beşillik müqavilənin müddəti başa çatdığı üçün Kiyev 2025-ci il yanvarın 1-də yerli vaxtla səhər saat 07:00-dan (Moskva vaxtı ilə 08:00) Rusiya qazının tranzitini dayandıracaq.

Oxu24.com xəbər verir  ki, bu barədə Strana.ua məlumat yayıb.

 

Onun sözlərinə görə, saat 07:00-da tranzit “bu müqavilənin başa çatması ilə əlaqədar fiziki olaraq bloklanacaq”.

Şmıqal qeyd edib ki, tranzit Avropa Komissiyasının (AK) tələbi ilə və Rusiya qazı olmamaq şərti ilə bərpa oluna bilər.

Dekabrın 20-də Slovakiyanın baş naziri Robert Fiko Ukrayna prezidenti Vladimir Zelenskiyə xəbərdarlıq edib ki, Kiyev qazın Ukrayna ərazisindən Avropaya tranzitinə icazə verməsə, ciddi münaqişə yarana bilər. O xatırladıb ki, Bratislava Kiyevə yardım edir və Ukraynanın Slovakiyaya eyni münasibətinə ümid edir. Hökumət başçısı əlavə edib ki, dəstək birtərəfli yox, qarşılıqlı olmalıdır.

Fiko daha əvvəl Avropanı “quru qaz kəmərləri”nə qarşı xəbərdar etmiş və rusları bəyəndiyini etiraf etmişdi.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Moldova Rusiyadan siyahı tələb edir
İraq uşaq nikahını qanuniləşdirib
Tramp Putinə nə deyib?