Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
126081
az

NATO 2025-ci ildə Ukraynada güclənəcək

19:5620 Dekabr, 2024
26
DÜNYA
  • A

NATO-nun Ukraynadakı nümayəndəsi Patrik Törner 2025-ci ildə alyansın respublika ərazisində mövcudluğunun gücləndiriləcəyini açıqlayıb.

Oxu24.com xəbər verir  ki, bu barədə  “İnterfaks-Ukrayna” məlumat yayıb.

Turner qeyd edib ki, NATO Ukraynada 26 ildir “bu və ya digər formada” mövcuddur. O, 2024-cü ildə NATO-nun mövcudluğunun “üç dəfə artdığını” və alyansın “gələn il onu daha da gücləndirməyi” planlaşdırdığını vurğulayıb.

"Məqsəd NATO və Ukrayna arasında bütün çox vacib gündəliyi təmsil etməkdir, ona görə də bizim əhəmiyyətli iştiraka ehtiyacımız var", deyə  hərbçi bildirib.

Dekabrın 19-da ABŞ dövlət katibi Antoni Blinken Ukraynanın NATO-ya daxil olmasının qaçılmaz olduğunu bildirib. Blinkenin fikrincə, Kiyev hərbi institutlarda islahatları davam etdirməli və demokratik prosesləri gücləndirməlidir. O qeyd edib ki, Ukraynanın alyansa qoşulması məsələsi Moskva ilə sülh danışıqlarında “çox, çox çətin” olacaq.

Öz növbəsində, Amerika prezidentinin köməkçisi və Milli Təhlükəsizlik Şurasının Avropa məsələləri üzrə direktoru Maykl Karpenter vurğulayıb ki, Ukraynanın NATO-ya daxil olması perspektivləri ilə bağlı qərar ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın administrasiyasından asılı olacaq.

Bundan əvvəl Qərb NATO-nun mövcudluğunun məqsədini açıqlamışdı.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Suriyanın şimalında 6 terrorçu məhv edildi
Putinlə görüşmək üçün Moskvaya gələn Avropa lideri kimdir?
Bu ölkə baza valyutasını dəyişdi -Dollardan İMTİNA ETDİ

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ