Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
126072
az

Tramp Avropa İttifaqı ölkələrini hədələyib

13:0020 Dekabr, 2024
29
DÜNYA
  • A

ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp Avropa İttifaqı (Aİ) ölkələrinin Vaşinqtonun enerji resurslarını almayacağı təqdirdə rüsumlar tətbiq etməklə hədələyib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə “Truth Social” sosial şəbəkəsində yazıb.

"Mən Aİ-yə xəbərdarlıq etdim ki, üzv ölkələr ABŞ ilə münasibətlərindəki kəsiri bizim böyük həcmdə neft və qazımızı almaqla bərpa etməlidirlər. Əks halda bu, daimi rüsumlarla nəticələnəcək!" - o qeyd edib.

Tramp ilk prezidentlik müddətində polad və alüminum idxalına yeni rüsumlar tətbiq edib. 2022-ci ilin sonunda Birləşmiş Ştatlar inflyasiya ilə mübarizə haqqında qanun qəbul etdikdən sonra ABŞ və avropalı tərəfdaşlar arasında növbəti ticarət müharibəsi başlayıb. Buna cavab olaraq Avropa İttifaqı Amerika mallarına rüsum tətbiq edib.

Aİ Trampın proteksionist siyasətə qayıdaraq Avropa İttifaqından gələn məhsullara rüsumları yenidən artıracağından narahatdır. O, artıq Çindən gələn mallara 10 faiz əlavə rüsum tətbiq edəcəyini vəd edib. Bundan başqa, Tramp yanvarın 20-də vəzifəyə başladıqdan sonra Meksika və Kanadadan daxil olan bütün mallara 25 faizlik tariflər tətbiq edilməsi haqqında fərman imzalayacağını bildirib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İranda dəhşətli qəza: 10 ölü, 17 yaralı
İran pulunu dəyişir - Pezeşkiandan təcili qərar
Əsəd bu ölkəyə mesaj göndəribmiş: işarə edib ki... -YENİ DETALLAR

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ