Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
126041
az

Mustafayev Qaluzinə Bakının sülh müqaviləsinə dair mövqeyini TƏQDİM ETDİ

09:4020 Dekabr, 2024
51
SİYASƏT
  • A

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev dekabrın 19-da bu ölkənin xarici işlər nazirinin müavini Mixail Qaluzin ilə görüşüb.

OXU24.COM xəbər verir ki, söhbət zamanı onlar ikitərəfli münasibətlərin aktual məsələlərini, həmçinin Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

Ötən ildə Azərbaycan-Rusiya müttəfiqlik münasibətlərinin uğurlu inkişafı qeyd olunub. Vurğulanıb ki, siyasi, iqtisadi və humanitar sahələrdə qarşılıqlı səfərlər həyata keçirilib.

R.Mustafayev M.Qaluzinə Ermənistanla sülh müqaviləsi məsələlərinə dair rəsmi Bakının mövqeyi barədə məlumat verib.

Tərəflər, həmçinin qarşıdan gələn 2025-ci ildə keçiriləcək ikitərəfli təmasların və yüksək səviyyəli səfərlərin cədvəlini müzakirə ediblər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Samir Şərifov Baş nazirin müavini təyin edildi
Bakı aeroportunda əməliyyat: Daha bir məmur külli miqdarda qızılla tutuldu
Jurnalistlər gəlir vergisindən azad ediləcək- Prezident təsdiqlədi