Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
126006
az

“Ağlı başında olan kişi belə vulqar qadına aşiq olmaz”

17:0019 Dekabr, 2024
93
ŞOU-BİZNES
  • A

“Çəkiliş üçün Daşkəsənin Bayan kəndinə təzə gedəndə qısa şort geyinmək qadağası qoyuldu. Şəhərdən gələn heyətin müasir formalarda ortalıqda dolaşmasını istəmirdilər. Hətta bir dəfə çəkilişin ortasında paytaxtdan bir aktrisa gəlmişdi. Bir az açıq geyinmişdi. Dərhal film heyəti onu avtobusa saldı, üst-başını dəyişdirib, sonra çölə çıxmağına icazə verdi. Düzdür, mehribanlıqla ev sahibliyi edənlər də var idi, amma çətinliklər də olurdu”.

Oxu24.com  xəbər verir ki, bunu Lent.az-a müsahibəsində “Vətəndaş A” serialının “Almaz”ı Günəş Tegin deyib.

“Bu günlərdə bir universitetə tələbələrin görüşünə getmişdim. Bir tələbə qız mikrofonu alıb “mən həmin filmin çəkildiyi kənddənəm. Mat qaldım ki, sizə nəcə icazə veriblər orada çəkiliş etməyə” dedi. Lap dağların zirvəsində deyil, amma gözdən uzaq bir kənddir. Məsələn, qızların məktəb oxuması problemdir. 13 yaşa qədər icazə verirlər. O qız deyirdi ki, mən kəndimizdə bulaq başına gedəndə kişilərin mənə qəribə baxışlarla baxdığını hiss edirəm və o gözlərin ağırlığı altında əzilirəm”, - aktrisa əlavə edib.

O bildirib ki, Almaz obrazı xarici görünüşü ilə diqqət çəkməməli idi: “Fikrimiz o idi ki, diqqəti Almazın gözəlliyinə yox, fikirlərinə, ideyalarına verək. Ümumiyyətlə, aktrisaların üzü onların biznesidir deyərdim. Aktyorun iş aləti öz bədənidir. Üzümüzü qorumalıyıq. Gedib plastik əməliyyatlar etdirirlər, dodaq, qaş, yanaq dəyişir. Botoksla mimikaları itirirlər. Sən bu şəkildə tarixi bir rolda necə çəkiləcəksən? Bununla bir aktyor kimi özünü artıq məhv etdin deməkdir.

Məncə, bu məsələyə İncəsənət Universitetində diqqət yetirilməlidir. Necə ki, qəbul vaxtı görünüşə diqqət edirlər, qabiliyyət imtahanı verirlər, buna da diqqət etməlidirlər. İş o həddə çatıb ki, indi təbii simalı insan görəndə təəccüblənirik, adama qəribə gəlir. Heç bir Avropa ölkəsində bizim qadınlar qədər dəyişmə, estetik əməliyyata meyl göstərilmir. Təəssüf ki, edənlərin çoxu da vulqar formada etdirir. Bunu kimə xoş gəlmək üçün edirlər, anlamıram. Ağlı başında olan heç bir kişi belə vulqar qadına aşiq olmaz”.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kerimcan Durmaz     həbs      edildi
Ağadadaş Ağayev Nurəddin Cəlilovla barışdı -EKSKLÜZİV GÖRÜNTÜLƏR
Kıvanç məşhur serialda        rol      alacaq

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
TƏCİLİ! Ata və oğul həbs olundu