Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
126
az

Azərbaycanda dəhşətli yol qəzası - 3-ü qadın olmaqla 6 nəfər öldü

20:3531 Mart, 2018
1704
KRİMİNAL
  • A

Lənkəran rayonunun Gərmətük kəndi ərazisində “KaMAZ” markalı yük maşını ilə “Mitsubishi” markalı minik avtomobili toqquşub.

Oxu24.com -un   APA-ya istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 4 nəfər ölüb, bir nəfər xəsarət alıb.

Ölənlər minik maşınında olan şəxslərdir. Onlardan üçünün qadın olduğu bildirilir.

Hazırda meyitlərin maşından çıxarılması üçün xilasedicilər tərəfindən tədbirlər görülür.

Xəsarət alan şəxs Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun azyaşlı olduğu deyilir.

***

Qəza nəticəsində 3-ü qadın, 3-ü kişi olmaqla 6 nəfər Ləj kənd sakinləri ölüb.

Bir azyaşlı oğlan və yük maşınının sürücüsü isə xəsarət alıb.
 
Ölənlər Faiq Aslanov, Fikrət Aslanov, Namiq Aslanov, Xanımgül Aslanova, Mərziyyə Aslanova və Məsmə Aslanovadır. Onlar minik maşınının sərnişinlərdir.  Yaralılar və ölən şəxslərin meyitləri FHN-in xilasediciləri tərəfindən deformasiyaya uğramış avtomobildən çıxarılıb.
 
Yük maşınının sürücüsü, Lerik rayon sakini, 1987-ci il təvəllüdlü Natiq Təvəkkül oğlu Cəfərov və 7 yaşlı Ülvi Faiq oğlu Aslanov yaralanıb.



Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şəkidə DƏHŞƏT: 59 yaşlı kişi iki nəfəri...
Gənc qadını bıçaqlı şəxs taksiyə mindirib qaçırdı – ANBAAN VİDEO
Azərbaycanlı müğənni evində ölü tapıldı - FOTO

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Bakıda 23 yaşlı gənc bıçaqlanıb