Azərbaycanəsilli keçmiş idmançı Ramil Quliyev Türkiyənin atletika üzrə gənclərdən ibarət millisinin baş məşqçisi təyin olunub.
Oxu24.com xəbər verir ki, bu barədə AZƏRTAC-a 34 yaşlı keçmiş atlet özü məlumat verib.
R.Quliyev Türkiyə Atletika Federasiyasının bu vəzifəni ona həvalə etdiyini bildirib. Lakin müqavilənin detalları hələlik bəlli deyil.
Titullu idmançı ötən ay peşəkar karyerasını başa vurub.
Qeyd edək ki, Ramil Quliyev Türkiyə millisinin heyətində dünya və Avropa çempionu olub.
Oxu24.com
ŞƏRHLƏR