Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
125962
az

Generallar məhkəməyə çağırıldı

12:2019 Dekabr, 2024
235
CƏMİYYƏT
  • A

Naxçıvanda itkin düşdükdən sonra nəşi tapılan əsgər Ceyhun Hüseynovun ölümü ilə bağlı iki general məhkəməyə çağırılır.

Oxu24.com xəbər verir  ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bunlar müdafiə nazirinin sabiq müavini-Əlahiddə Ümumqoşun ordunun eks-komandanı general-polkovnik Kərəm Mustafayev və onun müavini işləmiş general-mayor Rəhim Cəfərovdur.

Generalların Ceyhunun komandiri olmuş polkovnik Samir Həziyev və hərbi hissənin Tibb Xidməti rəisi Aydın Quliyevin işi üzrə ifadə vermələri istənilir. Bu barədə vəsatəti sözügedən şəxslərin vəkilləri qaldırıblar.

Fotoda: Rəhim Cəfərov

Müdafiə tərəfi hesab edir ki, K.Mustafayev və müavini də şahid kimi hakim qarşısına çıxmalıdır. Vəsatətdən məlum olub ki, general-polkovnik Kərəm Mustafayev bu cinayətə görə Respublika Hərbi Prokurorluğunda iki gün dindirilib.

Bu yerdə qeyd edək ki, həmin vaxtlarda bu barədə saytımızda məlumat vermişdik. Amma K.Mustafayevin nəyə görə prokurorluğa çağırıldığı bilinmirdi. Bu gün onun söhbət gedən cinayətə görə sorğu-sual edildiyi təsdiqini tapıb.

Məhkəmə Kərəm Mustafayevin məhkəməyə çağırılması məsələsini hələ ki, açıq saxlayıb, Rəhim Cəfərovun dindirilməsi ilə bağlı vəsatət isə təmin edilib. General növbəti iclaslarda hakim qarşısında dayanacaq.

Qeyd edək ki, Kərəm Mustafayev elə bu hadisədən bir müddət sonra vəzifəsindən azad edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu gün həlak olan əsgərin FOTOSU

Siqaret çəkmək haramdır? - AÇIQLAMA
"ChatGPT" bütün dünyada sıradan çıxdı

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Goranboyda 57 yaşlı kişi özünü asdı