Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
125960
az

“Müştərilərimiz bütün xidmətləri “Birbank”dan əldə edəcəklər”

12:1719 Dekabr, 2024
84
İQTİSADİYYAT
  • A

“2021-ci ildə tətbiqimizə başdan-başa onlayn kredit və kart sifarişi imkanlarını gətirməklə “Birbank”ı ölkənin ilk rəqəmsal bankına çevirdik. Müştərilərimiz bu yeniliyi çox gözəl qarşıladılar. Hazırda aylıq 3 milyondan çox aktiv müştərisi ilə “Birbank” “Kapital Bank” qədər güclü bir brendə çevrilə bilib”.

Oxu24.com  xəbər verir ki, bunu “Kapital Bank”ın İdarə Heyətinin sədri Fərid Hüseynov 11 ayın yekunları və 2025-ci ilin planlarına dair mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bankın gələcək planları daha çox rəqəmsallaşma, müasir texnologiyaların və süni intellektin tətbiqi üzərindədir:

“Buna görə də, biz 2025-ci ilin 1-ci rübündən etibarən “Kapital Bank” brendini “Birbank” brendinə transformasiya edirik. Bu, “Kapital Bank”ın tamamilə yox olacağı mənasına gəlmir. Siz “Kapital Bank”ı daha çox maliyyə institutu və korporativ brend kimi görəcəksiniz. Bütün məhsul və xidmətlərimizi isə müştərilərimizə “Birbank” brendi üzərindən təqdim edəcəyik.

Biz də, müştərilərimiz də artıq “Birbank”lı olacağıq. Sual versəniz ki, bu, müştərilərə yanaşmada nəyisə dəyişəcəkmi - bəli müştərilər bu dəyişikliyi daha çox hiss edəcəklər. “Birbank”ı xarektirizə etsək, o daha gənc, daha dinamik, daha operativ, rəqəmsal, yenilikçi markadır.

Bütün bunlar ən sürətli formada müştəri təcrübəsində də öz əksini tapacaq. Müştərilərimiz bütün məhsul və xidmətləri “Birbank” saytı və tətbiqindən əldə edəcəklər. Bundan başqa, “Kapital Bank” filialları da “Birbank” filiallarına transformasiya olunacaq və bu proses ümumilikdə 2 illik müddəti əhatə edəcək”.

“Müştərilərimiz bizi “Birbank” brendi kimi tanıyırlar. Biz ölkənin ilk rəqəmsal bankıyıq. Amma yeni filiallarımız da açılır və yəqin ki, yenə də bu proses davam edəcək”.

Tədricən 2-3 il ərzində filiallar da “Birbank” adına keçiriləcək. Qarabağ zonasında bu il 3 filial açmışıq. Şuşada da gələn il filial açılacaq. Orada təmir artıq bitmək üzrədir. “Kapital Bank” Qarabağda layihələrə ümumilikdə 200 milyon manata yaxın vəsait ayırıb. Kommunikasiyamızda da daha çox “Bir” brendini görəcəksiniz”, - İdarə Heyətinin sədri vurğulayıb.

***

Fərid Hüseynov bankın inzibati xərclərinin artmasının bankın “Port Baku”da ofis açması ilə əlaqəli olub-olmaması ilə bağlı sualı da cavablandırıb:

“Port Baku”ya baş idarənin keçməsi prosesi hələ davam edir. Baş idarə olaraq bir yerə toplanmaq istəyirik, daha müasir, rahat, yenilikçi ofisdə bir yerdə olmaq istəyirik. Bizim əməkdaşlarımız hər zaman diqqətdədir. Biz ən böyük maliyyə qurumuyuq. 6 minə yaxın əməkdaşımız var. Əməkdaşlarımıza diqqətimiz yüksək səviyyədədir. Biz bu ofisi icarəyə götürmüşük, almamışıq. İnzibati xərclərin artması həm də bununla bağlıdır”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kapital Bank tələbələr üçün “Emosional zəka” mövzusunda təlimlər keçirdi
Tədavülə yeni 3 qəpiklik buraxıldı- Foto
Qızıl ucuzlaşdı, gümüş isə bahalaşdı

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Almaniyadakı azərbaycanlı həkimlər    bölgələrdə     işləyəcək
Feyziyevə 2 milyon “atan” şəxsin    bəraəti  ləğv   edildi