Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
125923
az

Avtomobilində 128 min manat aparan şəxsi yolda soydular - DETALLAR

18:3518 Dekabr, 2024
629
CƏMİYYƏT
  • A

Quldurluqla 127 min manat pulu ələ keçirən şəxslər həbs edilib.

Oxu24.com xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, dekabrın 16-da saat 11 radələrində Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində 2 naməlum şəxs şirkətlərdən birinə məxsus “Chevrolet” markalı avtomobili dayandıraraq sürücünü aldatmaqla ona zor tətbiq edib avtomobildə olan 127 298 manat pulu talayaraq qaçıb.

Sumqayıt şəhərində polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində pul vasaitini quldurluq yolu ilə talamaqda şübhəli bilinənlər - 38 yaşlı Ruhid Fərəcov və 36 yaşlı Samir Qasımov saxlanılıblar.

Araşdırmalarla məlum olub ki, şübhəli şəxslər avtomobildə pul olmasından məlumatlı olublar.

Sumqayıt Şəhər Polis İdarəsində fakta görə Cinayət Məcəlləsinin quldurluq maddəsi ilə cinayət işi başlanılıb. R.Fərəcov və S.Qasımov barəsində həbs qətimkan tədbiri seçilib.

İstintaq tədbirləri davam etdirilir.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şagirdin ağzını skoçladı deyilən müəllim DANIŞDI: "Şagirdlərin çənəsinə..." - Yenilənib
Serdar Ortac kimdir? – Keçmiş milyonçu, sağalmaz dərdə düşən qumarbaz
Çölə atılan uşağın meyiti kanalizasiya quyusundan tapıldı - FOTO

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ