Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12589
az

Orta məktəb müəllimi oğurlanıb... - Beyləqanda şok olayın TƏFƏRRÜATI

21:0030 Aprel, 2019
825
KRİMİNAL
  • A
 Azərbaycanda adam oğurluğunda təqsirli bilinən 1991-ci il təvəllüdlü Lənkəran şəhər sakini Ruslan Məcidzadə və 1970-ci il təvəllüdlü Yevlax rayon sakini Vasif Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

OXU24.COM Teleqraf.com-a istinadən xəbər verir ki, Ruslan Məcidzadə və Vasif Hüseynov cinayət işi ayrı icraatda araşdırılan şəxslərlə 21 fevral 2017-ci il tarixdə Beyləqan rayonunun Eyvazalılar kənd sakini Əsmər Abbasovanın oğurlanması ilə bağlı razılığa gəliblər. Onlar bununla Ağdam rayon Prokurorluğunda ibtidai istintaqı aparılan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsinə nail olmaq istəyiblər.

Müəyyən pul mükafatı müqabilində Əsmər Abbasovanı təkrar oğurlayaraq Eldəniz Mehdiyevlə bir müddət gizli ər-arvad münasibətlərində yaşatmaq, təqsirləndirlən şəxslər barəsində şikayət və tələbinin olmadığını təsdiqləyən ərizə almaq, ərizəni hüquq-mühafizə orqanlarına göndərməsini təmin etmək barədə sövdələşiblər.

Ruslan Məcidzadə və Vasif Hüseynov mütəşəkkil dəstənin digər üzvlərinin sifarişi ilə 29 may 2017-ci il tarixdə "Mercedes-Benz" markalı avtomobillə Lənkəran şəhərindən Beyləqan rayonuna gəliblər.

Əsmər Abbasovanın yaşadığı Beyləqan rayonunun Eyvazalılar kəndinin girəcəyinə yaxınlaşıblar. Orada Əsmərin evdən çıxıb məktəbə getməsini gözləyiblər.

Əsmər Abbasova evdən çıxıb, piyada məktəbə doğru getdikdə dəstə üzvləri onun arxasınca hərəkət ediblər, zorla onu avtomobilə mindiriblər.

Adam oğruları müəlliməni Ağcabədi rayonuna gətiriblər.

Əsmər Abbasovanı həmin yerdə gözləyən Elxan Abzarovun idarə etdiyi "KİA RİO" markalı avtomobilə mindiriblər, Vasif Hüseynovun qohumuna məxsus, həmin vaxt heç kimin yaşamadığı Yevlax şəhərindəki evə aparıblar.

Əsmər Abbasovanı Eldəniz Mehdiyevə təhvil verib, bunun müqabilində qrupun digər üzvündən hər birinə 795 manat alıblar.

İstintaq orqanı tərəfindən Ruslan Məcidzadə və Vasif Hüseynovun barəsində Cinayət Məcəlləsinin 144.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən adam oğurluğu) və 144.2.6-cı (tamah məqsədi ilə və ya sifarişlə adam oğurluğu törətmək) maddələri ilə ittiham elan edilib.

Cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Asim Hacıyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.

Məhkəmənin hökmü ilə Ruslan Məcidzadə və Vasif Hüseynovun hər biri 2 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan hər iki təqsirləndirilən şəxs apelyasiya şikayəti veriblər. Onlar barələrində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini istəyiblər.

Hər iki təqsirləndirilən şəxsin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Fuad Soltanovun sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Apelyasiya şikayətləri təmin olunub.

Ruslan Məcidzadənin cəzası 10 aya, Vasif Hüseynovun cəzası isə 4 aya qədər endirilib.

Qeyd edək ki, mütəşəkkil dəstənin digər üzvlərinin barəsində olan cinayət işi ayrıca icraatda araşdırılıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda küçədə bıçaqlanma -ANBAAN GÖRÜNTÜLƏR
Üzüm yığarkən ölən ər və arvadın FOTOsu
19 gündür axtarılan Narinin cəsədi tapıldı

İnəkləri üçün 4 mərtəbəli bina tikdi

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Azərbaycanda küçədə bıçaqlanma -ANBAAN GÖRÜNTÜLƏR