Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
125814
az

Türkiyə və Avropa Birliyi Suriyanın gələcəyini müzakirə edib

20:2817 Dekabr, 2024
47
DÜNYA
  • A

Türkiyə və Avropa İttifaqı bu ölkədə inklüziv hökumətin qurulması ilə Suriyanın suverenliyinin və ərazi bütövlüyünün qorunub saxlanmasının zəruriliyi fikrindədir.

Oxu24.com xəbər verir  ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə birgə mətbuat konfransında deyib.

Ankara ilə Brüssel arasında münasibətlərin perspektivlərinə gəlincə, o vurğulayıb ki, Türkiyə və Aİ-nin ortaq maraqları Aİ-nin bəzi üzvlərinin yaramaz planlarının girovuna çevrilməməlidir. “Bu gün Türkiyə ilə Aİ arasında hər zamankindən daha güclü və daha institusional əlaqələrə ehtiyac var. Namizəd ölkə olaraq Türkiyə bunun üçün çalışır”, - deyə Türkiyə lideri bildirib.

Dövlət başçısı Aİ-nin qarşıdan gələn sammitinin qərarlarının Türkiyə ilə Aİ arasında Gömrük İttifaqının yenilənməsinə, həmçinin vizasız rejim əldə olunana qədər Türkiyə vətəndaşları üçün viza prosedurlarının sürətləndirilməsinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Terrorla mübarizə mövzusuna gəlincə, prezident Ərdoğan “Türkiyə terror təşkilatları PKK və DAEŞ-i döyüş meydanında məğlub edən yeganə NATO ölkəsidir”, deyə o bildirib.

 

Nigar

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ Çinlə açıq əlaqə kanallarını saxlamaq niyyətindədir
Rostov vilayətinə raket hücumu olub
13 nəfər dənizdə öldü

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Şirkət maşınına basqın edib 127 min apardılar- Polis yaxaladı - Video