29-30 aprel tarixlərində Qazax rayonu istiqamətində Ermənistanla dövlət sərhədində Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd döyüş məntəqələri Ermənistan Respublikasının Silahlı Qüvvələrinin bölmələri tərəfindən bir neçə istiqamətdən günün müxtəlif vaxtlarında iri çaplı silahlardan dəfələrlə intensiv atəşə tutulub.
Bu barədə Metbuat.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Məlumatda qeyd edilir ki, bütün hallarda bölmələrimizə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqeləri istiqamətində cavab atəşi açılıb. Oxu24.com
ŞƏRHLƏR