Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
125807
az

Bu ölkədə 11 körpədə "Qurd adam sindromu" aşkarlanıb

16:0217 Dekabr, 2024
48
DÜNYA
  • A

Keçən ildən bəri İspaniyada körpələrdə "qurd adam sindromu" kimi tanınan 11 hipertrikoz hadisəsi aşkar edilib.  

Oxu24.com  xarici KİV-ə istinadən xəbər verir ki,  araşdırmalara görə, körpələrin valideynlərinin saç tökülməsinin qarşısını almaq üçün 5 faiz yerli minoksidil ehtiva edən reseptsiz bir sprey istifadə etdiyini müəyyən edilib. 

MİNOKSİDİL NƏDİR?

Minoksidil saç tökülməsini yavaşlatmaq və saç böyüməsini stimullaşdırmaq üçün ABŞ Qida və Dərman İdarəsi (FDA) tərəfindən təsdiqlənmiş bir dərmandır. Ancaq bu, dərmanın valideynlərdən körpələrə dəri ilə təmasda və ya ağızdan keçdiyini göstərir.

Hipertrikoz bədənin qeyri-adi nahiyələrində həddindən artıq saç böyüməsi ilə xarakterizə olunan nadir bir vəziyyətdir. İncə tüklərin 5 sm-ə qədər uzanmasına səbəb ola bilən bu xəstəlik üzdə, qollarda və bədənin digər yerlərində görünə bilər. Bununla belə, hazırda hipertrikozun məlum müalicəsi yoxdur.

Səhiyyə mütəxəssisləri minoksidilin xüsusilə körpələrin sağlamlığı üçün təhlükəli ola biləcəyi barədə valideynlərə xəbərdarlıq ediblər. Körpələrin həssas dərisi səbəbindən dərmanın asanlıqla sorula bildiyinə diqqət çəkən mütəxəssislər, körpələrin dərmanın istifadə edildiyi yerlərdən uzaq tutulması lazım olduğunu bildirirlər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

93 yaşlı Ruhi Dədənin sağlam həyat sirri: 3 qızıl qaydası var
Türkiyədə partiya sədri saxlanıldı
Qəzzada ölənlərin sayı 47 mini keçdi

Fil qayasına necə getmək olar?— MARAQLI VİDEO

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyindən özümüzü necə qoruyaq? - QAYDASI +ƏLAMƏTLƏRİ
Bakıda 49 yaşlı kişi       sevincdən       öldü