Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12579
az

Azərbaycanda məktəb direktoru şagirdin sinə və arxa hissəsini… İYRƏNC CİNAYƏT

18:0630 Aprel, 2019
1513
KRİMİNAL
  • A
 2017-ci ilin oktyabrında Xaçmaz rayonunda şagirdinə qarşı əxlaqsız hərəkətlər etməsi məlum olan və həbs edilən rayonun Arzu kənd məktəbinin
direktoru Gülfərz Alxasovun Ali Məhkəmədə keçiriləcək məhkəmə baxış iclasının vaxtı məlum olub.

Oxu24.com-un məlumatına görə, hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə baxış iclası iyul ayının 2-nə təyin edilib.
İttihama görə, 22 fevral 1955-ci ildə Xaçmaz rayonu Suxtəkələ kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, Xaçmaz rayonu Arzu qəsəbə tam orta məktəbinini direktoru vəzifəsində işləmiş, məhkumluğu olmayan Gülfərz Alxasov barəsində  01 noyabr 2017-ci il tarixdən həbs qərarı çıxarılıb.

Həmin vaxt o, vəzifədən də kənarlaşdırılıb. Alxasov Gülfərz Məstan oğlu Azərbaycan Respublikası CM-nin 153.3-cü maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə təhsil və tərbiyə müəssisələrində hər hansı vəzifə tutma və pedoqoci fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

İstintaq zamanı məlum olub ki, Alxasov Gülfərz Məstan oğlu Xaçmaz rayonu Arzu qəsəbə tam orta məktəbinin direktoru vəzifəsində işləyərkən öz cinsi ehtirasını təmin etmək məqsədi ilə 20 sentyabr 2017-ci il tarixdən 30 oktyabr 2017-ci il tarixədək olan müddət ərzində bir neçə dəfə olmaqla həmin məktəbin 6-cı sinif şagirdi, azyaşlı 17.08.2006-cı il təvəllüdlü Məmmədova Floranı (şərti ad-soyadlı) öz iş otağında tək olan vaxt həmin otağa dəvət etməklə, zor tətbiq etmədən onun dodaq və boyun nahiyələrindən öpərək, əli ilə sinə və arxa yan nahiyələrini sığallamaqla sonuncuya qarşı əxlaqsız hərəkətlər edib.

1996-cı ildən həmin məktəbə rəhbərlik edən Gülfərz Alxasov bildirib ki, qızın bədənində heç bir göyərti və sair xəsarətlər yoxdur və ona böhtan atılıb. Lakin məhkəmə direktorun sözlərini özünümüdafiə kimi qiymətləndirib və Xaçmaz rayon Məhkəməsinin verdiyi 3 il yarımlıq həbs qərarı Sumqayıt Apelyasiya Məhkəməsində də dəyişdirilməyib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda küçədə bıçaqlanma -ANBAAN GÖRÜNTÜLƏR
Üzüm yığarkən ölən ər və arvadın FOTOsu
19 gündür axtarılan Narinin cəsədi tapıldı

İnəkləri üçün 4 mərtəbəli bina tikdi

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Azərbaycanda küçədə bıçaqlanma -ANBAAN GÖRÜNTÜLƏR