Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
125783
az

İşdən çıxarılan rəis müavini- Ali Məclisi məhkəməyə verdi

13:1417 Dekabr, 2024
53
CƏMİYYƏT
  • A

Bir neçə gün əvvəl işdən çıxarılan Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin sabiq rəis müavini Nihad Məhəmmədzadə Naxçıvan Ali Məclisini məhkəməyə verib.

Oxu24.com  xəbər verir ki, Naxçıvan Şəhər Məhkəməsinə müraciət edən N.Məhəmmədzadə əmək mübahisələri çərçivəsində işə bərpa edilməsini tələb edib.

O, işdən çıxarılmasını qanunsuz hesab etdiyini bildirib.

Müraciətə hakim Gülnar Səfərəliyevanın sədrliyi ilə baxılacaq, məhkəmə iclasının tarixi hələlik müəyyənləşməyib.

Qeyd edək ki, N.Məhəmmədzadə Naxçıvan MR Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədovun 2 dekabr 2024-cü ildə imzaladığı Sərəncamla vəzifəsindən azad edilib. O, həmin vəzifəyə Ali Məclis sədrinin 14 iyul 2023-cü il tarixli Sərəncamı ilə təyinat almışdı.

N.Məhəmmədzadənin məhkəməyə müraciəti ilə bağlı ilk məlumatı TNS.az saytı yayıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yeni Baş Plana əsasən Bakıda nələr dəyişəcək?
İranda həbsdə saxlanılan Fərid azadlığa buraxıldı
Qarabağda bələdiyyə    seçkiləri    keçirilməyəcək

Fil qayasına necə getmək olar?— MARAQLI VİDEO

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyindən özümüzü necə qoruyaq? - QAYDASI +ƏLAMƏTLƏRİ
Bakıda 49 yaşlı kişi       sevincdən       öldü