Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
125776
az

Hamı Bəşər Əsədin qardaşını axtarır

12:1117 Dekabr, 2024
24
DÜNYA
  • A

İraq Daxili İşlər Nazirliyi Suriyanın devrilmiş prezidenti Bəşər Əsədin qardaşı, onun sağ əli və 4-cü Zirehli Diviziyanın rəhbəri Mahir Əsədin ölkədə olması ilə bağlı yayılan xəbərləri təkzib edib.

İsrail mediası yazır ki, rejimin süqutundan sonra Əsədin kiçik qardaşının taleyi naməlum olaraq qalır.


İraq Daxili İşlər Nazirliyinin sözçüsü Miqdad Miri dövlət mediasına deyib: “Sosial şəbəkələrdə Suriyanın keçmiş prezidentinin qardaşı Mahir Əsədin İraq ərazisində olması ilə bağlı yayılan xəbərlər yalandır.

İraqdan rəsmi açıqlama bir gün əvvəl bir sıra KİV-də Mahir Əsədin Suriyadan qaçdığı və hazırda İraqda Süleymaniyyə əyalətində yaşadığı barədə xəbərlərin yayılmasından sonra verilib. Mənbələr iddia edir ki, ona Kürdüstan Vətənpərvərlər Birliyinin (KYB) lideri Bafel Talabani sığınacaq verib. İraq Kürdüstanının səlahiyyətliləri nəşrləri şərh etməkdən imtina edib.

Eyni zamanda, Suriya İnsan Haqlarını Müşahidə Qrupu bildirir ki, Mahir Əsədin Rusiyada olması və vertolyotla İraqa aparıldıqdan sonra gəldiyi xəbərlər ortaya çıxıb.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putin Kiyevdəki hava hücumundan müdafiə sistemini yüksək qiymətləndirib
Lavrov İsveçrə Xarici İşlər Nazirliyinin rəhbəri ilə Ukrayna ilə bağlı danışıb
Moskvada on ballıq tıxac: paytaxt iflic vəziyyətinə düşdü

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Axtarışa verilən yeniyetmə tapıldı