Çin Suriyanın ərazi bütövlüyünün qorunmasına və ölkədə sabitliyin bərpasına kömək edəcək.
Oxu24.com xəbər verir ki, bunu beynəlxalq vəziyyət və Çin diplomatiyası mövzusunda konfrans zamanı Çinin xarici işlər naziri Vanq İ deyib.
"Suriyadakı vəziyyət qəfil dəyişib, Çin Suriya xalqını dəstəkləməyə davam edəcək..., Suriyaya suverenliyini müdafiə etməyə və sabitliyi bərpa etməyə kömək edəcək", - Vanq Yi bildirib.
O qeyd edib ki, Çin terror qruplaşmalarının ölkədə xaos yaratmaq fürsətindən istifadə etməsinə qarşıdır.
Nigar
Oxu24.com
ŞƏRHLƏR