Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
125767
az

Ofeliya Sənaninin vəziyyəti- Açıqlandı

12:0617 Dekabr, 2024
64
ŞOU-BİZNES
  • A

Xəbər verdiyimiz kimi, Xalq artisti Ofeliya Sənani xəstəxanaya yerləşdirilib. 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu24.com un sorğusuna cavab olaraq bildirilib ki, hazırda xəstənin vəziyyəti stabildir.

“Dekabrın 16-da gecə saat 01:30-da, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Nəsimi rayonu ərazisindən çağırış daxil olub. Çağırış əsasında 83 yaşlı Xalq artisti Ofeliya Sənani ağciyər ödəmi diaqnozu ilə Xətai Tibb Mərkəzinə təxliyə edilib.

Xəstə kəskin ürək çatışmazlığı, aritmiya və yüksək qan təzyiqi diaqnozları ilə Mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda müvafiq müalicələr nəticəsində Ofeliya Sənaninin vəziyyəti stabildir.

Xəstənin bir neçə gün reanimasiyada saxlanılması və sonradan palataya köçürülməsi planlaşdırılır”, - rəsmi məlumatda vurğulanıb. 

Xatırladaq ki, Xalq artisti bir müddət əvvəl də xəstəxanaya yerləşdirilmişdi. Həmin vaxt ona infarkt diaqnozu qoyulmuşdu.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İnsult keçirən Xalq artisti necədir?
Xalq artisti müəllimlərdən   üzr    istədi
Əməkdar artist vəfat etdi

Fil qayasına necə getmək olar?— MARAQLI VİDEO

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyindən özümüzü necə qoruyaq? - QAYDASI +ƏLAMƏTLƏRİ
Bakıda 49 yaşlı kişi       sevincdən       öldü