Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
125761
az

Çində məmur korrupsiyaya görə edam edilir

17:1017 Dekabr, 2024
77
DÜNYA
  • A

Oxu24.com Çin Mərkəzi Televiziyası (CCTV) xəbər verir ki, Çində yüz milyonlarla dolları mənimsəmiş məmur edam edilib.

"2024-cü il dekabrın 17-də səhər saatlarında Daxili Monqolustan Muxtar Bölgəsinin Xingan dairəsinin Ara Xalq Məhkəməsi Li Jianpini qanuna uyğun olaraq edam edib", - bəyanatda deyilir.

Qeyd olunur ki, ölüm cəzası ilə bağlı qərarı Ali Xalq Məhkəməsi çıxarıb.

Li Jianpin Çin Kommunist Partiyasının Hohhot iqtisadi və texnoloji inkişaf zonasında işçi komitəsinin katibi vəzifəsində çalışıb. İstintaq onun 1,43 milyard yuanı (199 milyon dollardan çox) mənimsədiyini müəyyən edib. O, həmçinin başqalarından 577 milyon yuan (80 milyon dollardan çox) alıb və 1,05 milyard yuandan (146 milyon dollardan çox) sui-istifadə edib.

Məhkəmə məmuru 2022-ci ildə ölüm cəzasına məhkum edib. Li Jianpin apellyasiya şikayəti verib, lakin ikinci instansiya məhkəməsi hökmü qüvvədə saxlayıb.

Bundan əvvəl “Bank of China”nın idarə heyətinin keçmiş sədri Liu Liange rüşvətxorluğa görə edam cəzasına məhkum edilib.

 

Miri

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ermənistanda hakimiyyəti tənqid edən publisistə qarşı cinayət işi açıldı
Maskdan QORXULU AÇIQLAMA -İnsanlar belə qərar versələr, bəşəriyyət YOX OLACAQ
Ərinin hədiyyə aldığı bahalı iPhone-u bəyənməyib AĞLADI - VİDEO

4 qulaqlı pişik görənləri MAT QOYDU - FOTOlar

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyindən özümüzü necə qoruyaq? - QAYDASI +ƏLAMƏTLƏRİ
Üç uşaq atası olan 30 yaşlı kişi özünü asdı