Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
125705
az

"Bu sahədəki boşluqlar bir çox səbəblərlə əlaqəli ola bilər"- Nazir

16:4016 Dekabr, 2024
46
CƏMİYYƏT
  • A

Azərbaycan təhsil sistemində milli xüsusiyyətləri, mədəni dəyərləri və fərdi inkişaf faktorlarını nəzərə alaraq tədqiqatların aparılmasına və sistematik yanaşmalara böyük ehtiyac var.

Oxu24.com xəbər verir ki,bunu “Azərbaycan məktəbi" jurnalının yüzilliyinə həsr edilmiş "Azərbaycan məktəbi 100" adlı tədbirdə elm və təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, bu sahədəki boşluqlar bir çox səbəblərlə əlaqəli ola bilər: “Məsələn, elmi araşdırmaların yetərsizliyi, təhsil proqramlarında milli kontekstin az nəzərə alınması və ya mövcud metodikaların daha çox ümumi modellərə əsaslanması. Azərbaycan cəmiyyətinin sosial-mədəni xüsusiyyətlərini nəzərə alan, yerli şəraitə uyğunlaşdırılmış və yaşa bağlı inkişaf faktorlarını öyrənən tədqiqatların aparılması həm təhsil siyasətini, həm də metodologiyanı daha effektiv hala gətirə bilər”.

Nazir əlavə edib ki, Azərbaycanda uşaqların yaş qruplarına uyğun olaraq öyrənmə tərzləri, psixoloji xüsusiyyətləri və təhsil ehtiyacları daha detallı araşdırıla bilər: "Bunun əsasında yaşa uyğun proqramların hazırlanması çox faydalı olar. Təhsil sistemində milli dəyərləri əks etdirən materialların artırılması və tədris prosesinə daxil edilməsi milli kimliyi gücləndirə bilər. Bu, gənc nəsil üçün həm motivasiya, həm də özünüdərk baxımından əhəmiyyətlidir".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ bu ölkələrin məhsullarına tariflər tətbiq edə bilər: martın 1-dən...
210 hotel bir hadisənin güdazına getdi -YENİLƏNDİ
Bu yolda məhdudiyyət aradan qaldırıldı

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Plastik cərrahların nəzərinə:Bu gün son gündür
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi