Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1257
az

Məsciddən 1300 dollar, 16400 rubl oğurlandı

12:4801 May, 2018
1546
KRİMİNAL
  • A
Daxili İşlər Nazirliyinin Kriminalistik Təhqiqatlar İdarəsi və Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində məsciddən pul oğurlayan şəxslər saxlanılıb.

DİN Mətbuat Xidmətindən Oxu24.com-a verilən məlumata görə, Masallı rayonu Bədəlan kəndinin Aşurlu məhəlləsində yerləşən məsciddən 2300 manat, 1300 ABŞ dolları, 16400 rus rublunun oğurlanması barədə rayon polis şöbəsinə müraciət daxil olub.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törədən şəxslər aşkarlanaraq polis əməkdaşları tərəfindən saxlanılıb. Müəyyən edilib ki, oğurluq edənlər Cəlilabad rayon sakinləri, əvvəllər məhkum olunmuş Əli Zeynalov və Nizami Mahmudovdur. Oğurladıqları 300 dollar və 127 AZN onlardan maddi sübut kimi götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma davam etdirilir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

5 otaqlı evdə yanğın oldu
Şokolad oğurlayan qızını dəmirlə döydü, hamilə arvadını... - İNANILMAZ QƏTL
ABŞ-da xüsusi təlim keçmişdi: Terror təşkilatının kritik adı MİT tərəfindən belə zərərsizləşdirildi - Anbaan VİDEO

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı