Hollandiya Ukraynada döyüşmək niyyətində deyil və NATO ilə Rusiya arasında birbaşa qarşıdurmanın olmasını istəmir.
Oxu24.com xəbər verir ki, bunu ölkənin müdafiə naziri Ruben Brekelmans “Trouw” qəzetinə müsahibəsində deyib.
“Biz, Hollandiya, həmişə demişik ki, Ukraynada döyüşməyəcəyik. Quru əməliyyatı yoxdur, çünki biz NATO ilə Rusiya arasında birbaşa qarşıdurma istəmirik”, - deyə o bildirib.
Miri
Oxu24.com
ŞƏRHLƏR