Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
125680
az

Əsgərliyə çağırışın yuxarı yaş həddi niyə azaldılır?

14:2016 Dekabr, 2024
41
HƏRBİ
  • A

“Əvvəllər bizdə bu tendensiya - 30 yaşa qədər orduya çağırılma olub. Müharibə şəraitində ordunun komplektləşdirilməsi istiqamətində atılan addımlarla bu yaş 35-ə qaldırılmışdı.

Oxu24.com xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bu gün keçirilən plenar iclasda bildirib.

“Amma artıq bu istiqamətdə ciddi problem yoxdur. Bu gün ordunun komplektləşdirilməsində yaşın aşağı salınmasında fərq yoxdur.  Fiziki, psixoloji hazırlıq, yetkinlik baxımından bu yaş nəzərə alınır”, - deyə A.Nağıyev bildirib. 

O əlavə edib ki, alternativ xidmət, hələ pullu xidmət deyil: “Bu, dünya praktikasında da belədir. Çağırışçı bir il xidmət edirsə, alternativ xidmət iki dəfə artıq olur. Bu da əsasən müharibə vaxtı deyil, sülh dövründə olur. Konkret olaraq harada xidmət keçmələri haqqında müvafiq məlumatlar verilir. Bu gün təxminən 15-16 nəfərə yaxın belə vətəndaşımız var. Bunlar Yehovanın Şahidləri dini qurumlarına məxsusdur. Onlar alternativ xidmət keçmək istəyirlər. Həmin şəxs müraciət etməzdən əvvəl dini və ideoloji səbəblərdən hərbi xidmətə qarşı olan mövqeyini təsdiq edən sənədləri təqdim etməlidir”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hərbi vəzifəlilərin təlim toplanışı keçirildi- Video
Türkiyə Suriyada əməliyyata hazırlaşır?
Azərbaycanda hərbi xidmətin müddəti azaldıla bilər?- RƏSMİ AÇIQLAMA

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Şirkət maşınına basqın edib 127 min apardılar- Polis yaxaladı - Video