Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
125660
az

İndi də Ağadadaş Ağayev mühafizəçinin həbsini istəyir

12:3616 Dekabr, 2024
49
KRİMİNAL
  • A

Xalq artisti Ağadadaş Ağayevin balta atdığı “MedEra” Hospitalın mühafizəçisi Nurəddin Cəlilovun məhkəməsi başlayıb.

Oxu24.com un məlumatına görə, Binəqədi Rayon Məhkəməsində keçirilən ilk iclasda tərəflərin anket məlumatları dəqiqləşdirilib, ilkin dinləmələr keçirilib.

Bu işdə Ağadadaş Ağayev zərərçəkmişdir. Bu gün onun vəkili Asim Abbasov vəsatət qaldıraraq sərbəst mühakimə edilən N.Cəlilovun həbs edilməsini istəyib.

Vəkil vəsatətini belə əsaslandırıb ki, Cəlilov şahidlərlə eyni müəssisədə işləyir, onlara təsir edə bilər.

Amma hakim Elçin Ağayev vəsatəti təmin etməyib. Qərara alınıb ki, müttəhim mühafizəçi də məhkəməyə evindən gəlib-getsin.

Baxış iclası dekabrın 25-i keçiriləcək. 

Qeyd edək ki, insidentə görə cinayət işləri ayrı-ayrılıqda icraata götürülüb. Digər işdə Ağadadaş Ağayev müttəhimdir. Onlar ikisi də Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə ittiham edilir. Bu maddənin sanksiya həddində 2 ildən 5 ilə qədər azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Baş Prokurorluq ermənilərin məhkəməsi barədə    məlumat     yaydı
Narkotikin təsiri altında avtomobil idarə edən şəxs    həbs       edildi
Avtobusdan düşüb yolu keçən tələbə qızı maşın     vurub     öldürdü

Bakıda sərnişinlər avtobus sürücülərinə tort hədiyyə etdi- Foto

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Çimnaz Sultanovanın dəfni
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Kabinetlərdə diş çəkilməsi və implant qadağan olunub?- Rəsmi açıqlama
Baş Prokurorluq ermənilərin məhkəməsi barədə    məlumat     yaydı