Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
125615
az

Parisdə Fransanın müstəmləkəçilik siyasətinə qarşı aksiya keçirilib

20:3014 Dekabr, 2024
166
DÜNYA
  • A

Fransanın paytaxtı Parisin ürəyində, Eyfel qülləsinin önündə yerləşən Trokadero - İnsan Hüquqları meydanında Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı və fransız müstəmləkələrinin müstəqillik hərəkatlarının üzvlərinin iştirakı ilə “Dekolonizasiya gününə” (BMT Baş Assambleyası 14 dekabr 1960-cı ildə "Müstəmləkə ölkələrinə və xalqlarına müstəqilliyin verilməsi haqqında Bəyannamə" qəbul edib - red) həsr olunmuş etiraz aksiyası keçirilib.

Aksiyada ”Kolonializmə son, azadlıq”, ”Azadlıq üçün mübarizə edək”, "Azad gələcək üçün birlikdə", "Dekolonizasiya indi başlayır", “Gəlin tarixi öz sözlərimizlə və öz mübarizəmizlə yenidən yazaq!”, "Torpaqlarımızı və tariximizi bizə geri ver!" kimi müxtəlif şüarlar səsləndirilib.

Aksiyada Komor adalarını, Qvadalupeni, Fransa Polineziyasını, Reuniyonu, Yeni Kaledoniyanı, Sen Marteni, Korsikanı və Martinikanı təmsil edən müstəqillik hərakatlarının nümayəndələri iştirak edib.

Aksiyaçılar 14 dekabr 1960-cı ildə BMT Baş Assambleyası tərəfindən qəbul edilmiş 1514 nömrəli Qətnamənin yerinə yetirilməsi, eyni zamanda beynəlxalq ictimaiyyəti və təşkilatları müstəmləkələrdəki cari vəziyyətə adekvat reaksiya göstərməyə çağırış ediblər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Aİ Qəzzada mümkün atəşkəsə münasibət bildirib
ABŞ İranla da razılaşmaya hazırdır
Polşa Avropa İttifaqı və NATO-da Ukraynanın gələcəyini görmür

İPhone-nun kamerasının yanındakı dəlik nədir? - Görün nə işə yarayırmış

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Fil insanı belə öldürdü - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Plastik cərrahlar efirlərə buraxılmayacaq?- Açıqlama
“Azərbaycan işi” üzrə məhkəmə      sabah      keçiriləcək