Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
125611
az

NATO komandanı Azərbaycana gəldi - Foto

21:3213 Dekabr, 2024
109
SİYASƏT
  • A

NATO Müdafiə Kollecinin komandanı general-leytenant Maks Nielsen və onun rəhbərlik etdiyi "Ali kurs"un heyəti ölkəmizə "Sahə Araşdırmaları səfəri" çərçivəsində ADA Universtitetində və "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-də olub.

Müdafiə Nazirliyindən OXU24.COM -a bildirilib ki, ADA Universitetində keçirilən tədbiri giriş nitqi ilə prorektor, Milli Məclisin deputatı Fariz İsmayılzadə açıb.

Sonra fəxri qonaq qismində dəvət olunan Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri cənab Hikmət Hacıyev qonaqları salamlayaraq, onları ölkəmizdə görməkdən məmnun olduğunu qeyd edib. Cənab H.Hacıyev "Azərbaycanın xarici siyasəti", "Regional Təhlükəsizlik və yeni çağırışlar" mövzularında çıxış edib, qonaqları maraqlandıran sualları cavablandırıb.

Tədbirdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Amerika İdarəsinin rəisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Esmira Cəfərova "Azərbaycanın Enerji Strategiyası" mövzusunda təqdimat verərək ölkəmizin iştirak etdiyi regional və dünyəvi iqtisadi layihələr barədə qonaqları məlumatlandırıb.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi polkovnik Ramil Şükürov tərəfindən ölkəmizdə ordu quruculuğu istiqamətində görülən işlərdən danışıb, həmçinin "Azərbaycan-NATO əməkdaşlığı" və "Müdafiə strategiyası" mövzularına dair təqdimat verib.

NATO Müdafiə Kollecinin "Ali Kurs"unun dinləyicilərinin ünvanladığı suallar çıxış edənlər tərəfindən cavablandırılıb.
Tədbirdə, həmçinin Slovakiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Milan Layçak, Latviya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Edqars Skuya, Müdafiə Nazirliyinin və ADA Universitetinin nümayəndələri iştirak ediblər.

Daha sonra NATO nümayəndə heyəti "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-ni ziyarət edib.

Görüşdə qonaqlara Bakı Limanının tarixi, fəaliyyət sahələri, strateji əhəmiyyəti, beynəlxalq əlaqələri və gələcək inkişaf planları haqqında ətraflı məlumat verilib. Həmçinin limanın yükdaşımaları, logistik xidmətlər, ətraf mühitin qorunması və rəqəmsal transformasiya sahələrindəki uğurları haqqında danışılıb.

Limanın ərazisindəki müasir infrastruktur və obyektlərlə tanış olan qonaqlar limanın inkişafı və gələcək perspektivləri barədə əldə etdikləri məlumatlardan məmnun olduqlarını ifadə ediblər.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI


NATO komandanı Azərbaycana gəldi - Foto
Putin Kadırovu təltif etdi
Blinken elan etmədən Türkiyədən İraqa getdi

WhatsApp-da yeni funksiyalar

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
İki keçmiş nazir həbs olundu