Macarıstan və Bolqarıstan Rusiya qazının Bolqarıstan üzərindən Macarıstana tranzitini davam etdirmək üçün hüquqi həll yolu tapıb.
Oxu24.com xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto öz Facebook səhifəsində məlumat verib.
“Bu problem həll olundu, həm bolqar tərəfdaşları, həm də bizim tərəfi qane edən və sanksiyalara məruz qalmayan hüquqi maliyyə həlli tapıldı”, - deyə o yazıb.
Siyarto ölkələrin ödənişləri dəqiq necə etməyi planlaşdırdığını deməyib.
Nazirin sözlərinə görə, Macarıstan Rusiya qazını Bolqarıstan ərazisindən keçən “Türk axını” qaz kəməri ilə alır. Bu il qaz tədarükünün həcmi 7 milyard kubmetri ötüb.
Macarıstan Rusiya qazının pulunu Qazprombank vasitəsilə ödəyir, Bolqarıstan isə ABŞ-ın noyabrın 21-də sanksiyalar tətbiq etdiyi Qazprombank vasitəsilə qaz tranziti üçün pul alır.
Dekabrın 10-da Bolqarıstanın energetika naziri Vladimir Malinov bildirib ki, ABŞ sanksiyaları fonunda Qazprom ödəmə üsulu tapmasa, ölkəsi Rusiyadan Serbiya və Macarıstana qaz tranzitini dayandıra bilər.
Bundan əvvəl Aİ Almaniyanı qaz tranzit rüsumlarını ləğv etməyə çağırıb.
Nigar
Oxu24.com
ŞƏRHLƏR