Rusiyanın Su-57 təyyarələri Ukraynada hava hücumundan müdafiə sistemlərinin çox olduğu ərazilərdə yüksək effektivlik nümayiş etdirib.
Oxu24.com xəbər verir ki, bu barədə Military Watch jurnalı yazır.
Nəşrin məlumatına görə, Su-57 gizlilikdə yüksək inam nümayiş etdirib.
Bundan az əvvəl “The National Interest”in köşə yazarı Brandon Weichert öz məqaləsində Rusiyanın beşinci nəsil qırıcı Su-57-nin Ukraynada keçirilən xüsusi hərbi əməliyyat zamanı döyüşdə yaxşı performans göstərdiyini bildirmişdi. O qeyd edib ki, təyyarə hava hücumundan müdafiə sistemlərinin əhatə dairəsindən kənarda istifadə edilə bilər. O, həmçinin Su-57-nin artıq real döyüş şəraitində istifadə olunduğuna, lakin onun potensialından daha səmərəli istifadə oluna biləcəyinə diqqət çəkib.
Noyabrın sonunda The National Interest (TNI) jurnalının köşə yazarı Peter Sichiu yazıb ki, Əlcəzairin mümkün Rusiyadan Su-57 qırıcıları alması NATO üçün təhlükə yaradacaq.
Bundan əvvəl “National Interest” Aerokosmik Qüvvələrinin Su-35 və Su-57 təyyarələrini alması ilə əlaqədar NATO-da şok olduğunu bildirmişdi.
Miri
Oxu24.com
ŞƏRHLƏR