“Sinoptiklər tərəfindən dekabrın 13-ü axşam saatlarından 14-ü günün ikinci yarısınadək Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə gözlənilən qeyri-sabit, güclü küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib”.
Oxu24.com xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.
İ.İbrahimova qeyd edib ki, küləyin dekabrın 14-ü gecə və səhər saatlarında daha da güclənəcəyini nəzərə alaraq vətəndaşlardan ehtiyatlı davranmalarını, xəbərdarlıqlarla bağlı məlumatlara və çağırışlara diqqət yetirmələri tövsiyə edilir:
“Verilən hava xəbərdarlıqları fəsadlardan qorunmaq üçündür. Bu baxımdan xəbərdarlıqları və çağırışları ciddiyə almaq vacibdir. Vətəndaşlara tövsiyə edirik ki, hava ilə bağlı xəbərdarlıqları və məlumatları diqqətlə izləsinlər, küləkli hava şəraitində ehtiyatlı olsunlar, hündür ağacların altında dayanmasınlar, nəqliyyat vasitələrini irigövdəli ağacların altında saxlamasınlar, təhlükəsizlik qaydalarına ciddi əməl etsinlər.
Bu, mümkün təhlükələrdən əvvəlcədən xəbər tutmağa, özümüzü və yaxınlarımızı qorumağa imkan yaradır. Vətəndaşlarımızın davamlı olaraq hava durumu barədə məlumatlandırılmasının, xəbərdarlıqların verilməsinin də məqsədi budur”.
Oxu24.com
ŞƏRHLƏR